22 Haziran 2013 Cumartesi

İnternet üzerindem, "Ana Dilde Eğitim Hakkı" ile ilgili imza kampanyası başlatıldı.

Uluslararası Güney Azerbaycan Türkleri Konseyi adına, Cemal Mehmethanoğlu, İnternet üzerinden, ""İran'da yaşayan, 35 Milyon Azerbaycan Türk'üne, Türkçe eğitim hakkı verilmelidir. İMZA KAMPANYASI " başlatıldı.
13/06/2013 tarihinde başlatılan kampanyanın 13/12/2013 tarihinde sonlandırılması amaçlanıyor.
Kampanya ile ilgili internet sayfasında şöyle deniliyor: " 75 Milyon nüfuslu İran İslam Cumhuriyetinde, 35.000.000'dan fazla Azerbaycan Türk'ü yaşamaktadır.İran'da fars nüfusu Azerbaycan Türklerinden daha az olmasına rağmen,İran, fars devletidir. Resmi Dili farsçadır. İran'da, Azerbaycan Türkleri dışında, Kürtler, Araplar, Beluçiler ve bazı küçük azınlıklarda yaşamaktadır. Ermeniler gibi.
Sayısı 100.000 civarında olan, Ermeni'lerin, uluslararası anlaşmalar ile güvence altına alınmış, Ana Dilde Eğitim hakları olmasına rağmen, diğer milletlerin, Ana Dilde Eğitim hakkı yoktur
Her insanın, her milletin en temel insan haklarından birisi Ana Dilde Eğitim hakkıdır.
Bu hak, insan hakları evrensel beyannamesinde de yer almıştır.
Bu gün Güney Azerbaycan'da (İran'da Azerbaycan Türklerinin yaşadığı bölgeye verdiğimiz ad), yüzlerce, aydın ve  insan hakları savunucusu, Ana Dilde Eğitim(Türkçe eğitim hakkı) istedikleri için ceza evlerinde, işkencehanelerde ve takip altında yaşamaktadır. Bir çok, aydın baskılar yüzünden ülkeyi terk etmek zorunda kalmıştır.
İran'da çoğunluk nüfus olan, Azerbaycan Türk'lerine Ana Dilde Eğitim hakkı verilmesi gerekmektedir.
Türkiye'de yaşayan, Azerbaycan Türklerini, İnsan hakları savunucularını, aydınları ve insan olan herkesi, kampanyamı, desteklemeye davet ediyoruz."

Birleşmiş Milletler Teşkilatı Başkanlığına ünvanlanan İmza Kampanyasının başı vuru dilekçesinde ise şöyle deniliyor: 
" Birleşmiş Milletler Teşkilatı Başkanlığına 
İran İslam Cumhuriyetinde, 35 Milyon'dan çok, Azerbaycan Türk'ü yaşamaktadır. Bunlar, ana dilleri olan Türkçe eğitim hakkından mahrum yaşamaktadırlar. 
Çocuklarımız, okullarda mecburen, Farsça eğitim görmekte, ana dillerini unutmakta ve millet olarak yok olma tehlikesi yaşamaktadır. 
En temel insan hakkı olan, Ana Dilde Eğitim hakkı'nın, İran'da yaşayan Azerbaycan Türklerine de verilmesini talep ediyoruz. 
Saygılarımızla"

Bu saate kadar 510 kişinin imzaladığı kampanyaya katılmak için, şu adrese gitmek gerekiyor:

19 Şubat 2011 Cumartesi

Ana Dilim Ölen Deyil- Beyimxanım Mirzeyeva

VARIMIZ, VARLIĞIMIZ - ANA DİLİMİZDİR


VARIMIZ, VARLIĞIMIZ - ANA DİLİMİZDİR 

Gülara YENİSEY


Dünyanın ən əski dillərindən olan Türkcəmiz sal qayalardan sızıb gələn, sərt daşlardan süzülüb axan su kimi min illərin süzgəcindən keçərək günümüzə gəlmiş, səslənişi ilə qulaq oxşayan, əngin söz dağarcığıyla bilimlərə qapı açan duru, duru olduğu qədər də diri bir dildir.
**
Türk dilindən söz edilən indilik əlimizə çatan ilk yazı M. Ö. 659 ilinə aid Hunları qonu alan Çin bəlgəsidir. Ancaq Türk dilinin çox daha əski olduğuna dair ciddi araşdırmalar vardır. Şumer öncəsi dönəmə aid ön-Türkcə üzərinə yerli, yabancı çeşidli araşdırmaçılar çox yönlü incələmələr aparmaqdadırlar. Türkcənin 2000-2500 illik tarixi dönəmlərini
aşağıdakı cizəlgədə göstərildiyi kimi dönəmlərə bölə bilərik : İlk Türkcə ^ Ana Bulqarca Ana Türkcə Əski Bulqarca Əski Türkcə Orta Bulqarca Orta Türkcə Çuvaşca Yeni Türkcə Ana Bulqarca - Ana Türkcə dönəmi yaxlaşıq 1-ci – 6-cı yüzillərə aiddir. Ana Bulqarca Qaradənizin quzeyində və quzey Qafqazda yaşayan Bulqar Türklərinin dili idi. Çuvaşca dışında qalan bütün Türk dillərinin anası olaraq düşünülən Ana Türkcədə bir çox səslik dəyişimləri olmuşdur. Əski Bulqarca - Əski Türkcə dönəmi yaxlaşıq 6-cı – 13-cü yüzillərə aiddir. Ana Bulqarcadan çıxan Tuna Bulqarcası 679-cu ildə Asparuhun öndərliyində Tuna çayını keçərək yurd quran Bulqarların dili idi. Əski Türkcəyə aid Orxun yazıtları Türk Xaqanlığının ortaq dil biçimini göstərir. Hər nə qədər Orxun türkcəsinin Qıpçaqca və Uyğurcadan öncə gəlsə də Oğuzların atalarının dialektinin basqın olduğu sanılır. Əski Oğuzcanı, Ön Okların, Aral və Sırdərya boylarının dilini Kaşqarlı Mahmud araşdırıb tanıtmışdır. Orta Türkcə dönəminə aid Səlcuqlu Türkcəsi Osmanlı və Azərbaycan Türkcəsinin anasıdır. Orta Oğuzcanın yazılı örnəklərini Səlcuqlular dönəmində 13-14-cü yüzillərə aid əsərlərdə görürük. İbni Mühənna sözlüyü, Həsənoğlunun (ölümü 1261) şeirləri, Bəlxdə doğulub Konyada ölən Mövlananın az saydaki Türkcə şeirləri, Kitab-əl-Fəraiz və Behcətət-ül hadaik (nəsr bölümü) Doğu Oğuz vəya Əski Xorasan Türkcəsi adı altında toplana bilər. Batı Oğuz Türkcəsinə örnək olaraq : Sultan Vələd (1226-1312) və Yunus İmrəni (1240-1320 ?) 13-cü yüzil yazarı olaraq göstərə bilərik. 14-cü yüzilə aid əsər isə çoxdur. Gülşəhri: Məntiq-üt Təyyir, Aşıq Paşa*12272-1333) : Qəribnamə, Məsud: Süheyl ü Növbahar(1350), Kəlilə və Dimnə, Fərhəngnamə çeviriləri, Fəxri: Xosrov Şirin, Yusif i Məddah: Varka və Gülşah. Hinduşah Naxçıvaninin Sihaül Əcəmə 1330-da hazırlanmışdır. Əbdülqadir Marağayi (Marağa 1353-Herat 1435), Şah Qasım Ənvar (Sərab 1356- Hərcürd 1434), Fəzlullah Nəimi (Astrabad 1339- Şirvan 1393) tərəfindən yazılmış az sayda şeirlər qalmışdır. Qazi Burhanəddin ilə Nəsiminin divanı vardır. Anadoluda Germiyan, Aydın, İnanç, Menteşe və Çandaroğulları bəyliklərində dini qonularda çevrilər edilmişdir. Orta Türkcə dönəmindən Yeni Türkcəyə keçiş 15-ci yüzilin ortasında siyasi öndərliyin Səlcuqludan Osmanlıya keçməsi ilə baş verir. Satndartlaşdırılmış Osmanlı yazı dilinin ən gözəl örnəyi 85 şairin şeirlərinin toplandığı 1437-ci ilə aid Məcmutün-nəzair əsəridir. Burada Nəsimi, Həsənoğlu, Sultan Əhməd ibn Veys kimi şairlərin şeirlərinin dönəmin Türkiyə Türkcəsinə uyğunlaşdırıldığı görünməkdədir. Yeni Türkcə dönəmində doğuda Uyğurca yazı dili və Karayca dışında Qıpçaq yazı dili sona çatmış, Cağatayca isə Türkistan və İdil-Ural Türklərinin ortaq yazı dili olaraq yüzilimizə qədər gəlmişdir. Türkcəmiz özəlliklə əski və orta dönəmlərdə doğal gəlişmə sürəcini sürdürməklə birlikdə kimi zaman yadelli işğalçılar (Moğol istilası vb.) üzündən, çox vaxt da ulusal bilincdən (milli şüur) yoxsun yönəticilərin yaramaz siyasətləri nədəniylə geriləmə, daralma, xor görülmə evrələri də yaşamışdır. Türkcəyə edilən bu haqsızlığa Kaşqarlı Mahmud hələ 1074-cü ildə Bağdadda yazdığı `Divanü Lüğət-it-Türk` əsəri ilə qarşı çıxmış, Türkcəni Ərəb dili qarşısında savunmuşdur. Kaşqarlıdan 350-400 il sonra Əlişir Nəvai Türkcəyə olan zülm və haqsızlıqlara qarşı hayqırış nitəliyindəki `Mühakimətül Lüğəteyn` əsərində Türk dilinin Farsca qarşısındakı üstünlüklərini, semantik zənginliyini, söz dağarcığı bolluğunu, anlam çeşidliliyini ortaya qoymuşdur. Nəvai `Ədəbiyyatda Türkləri tək millət halına gətirdim` deyərək bu əsərinin ulusu üçün olan yararının da boyutunu göstərmişdir. Türk dilinin önəmini, dil birliyinin vacibliyini vurğulayan bir başqa olay Anadolu bəyliklərindən olan Karamanoğullarindan 3-cü hökmdar Karamanoğlu Mehmet Bəyin 13 May 1277-ci ildə dövlət dairələrində, küçə-bazarda Türkcədən başqa dildə danışmaği yasaqlayan fərmanıdır. Fərmanın mətni beləydi : `“Şimden girü hiç kimsənə kapuda və divanda və məclis və seyranda Türki dilindən gayri dil söyləməyə”. Əski dönəmlərdə Ərəb, Fars dilinin basqılarından, Moğol yayılmasının dilimiz və kültürümüz üzərindəki olumsuz etkilərindən zərər görən Türkcəmiz özəlliklə son yüzillərdə Rus basqısı arlında dağıdıcı etkiyə uğramışdır. Rusların yürütdükləri siyasət sonucunda ortaq Türk əlifbası, ortaq Türk yazi dili dağıdılaraq param-parça edilmiş, bir birindən fərqli, ayrı-ayrı yerəl yazı dilləri yaradılmışdır. Beləliklə Türk dilləri arasındakı qarşılıqlı ilişkilər kəsilmiş, bir birindən qopuq adacıqlar biçiminə salınan Türkcə doğal gəlişim seyrindən çıxaraq anarşik bir duruma gətirilmişdir. Olumsuz etkiləri tərsinə çevirib yenidən ortaq Türk əlifbası, ortaq Türk yazı dilinin qəbul edilməsi qonusunda çalışmalar başlamalıdır. Son dönəmlərdə yaranmış söz, qavram, termin qarışıqlığının və bunun sonucunda Türk xalqlarının bir birindən uzaqlaşması, bir birini anlaya bilməməsi kimi olumsuzluqlardan qurtulmaq üçün ən qısa zamanda Türk Dünyası Dil Qurumu yaradılmalı, bu ortaq platform aracılığıyla çeşidli Türk bölgələrindəki aydınlar,ədəbiyyatçılar, dilbilimçilər arasında eşgüdüm (koordinasiya), iş biriyi, əl birliyi, ən önəmlisi də dil birliyi sağlanmalıdır. Çağımız bilişim (informatika) çağıdır. Hər keçən gün yeni qavramlar yaranır, bilimin gəlişməsiylə yeni-yeni sözlər ortaya çıxır. Bu sözlərin çoxu yabançı dillərdən olduğu kimi dilimizə girirlər. Çox əski çağlarda yeni söz yaratma yetkisi ancaq Qamlara aid idi. Yüksək bilgəlik düzeyinə ərmiş olan bu insanlar əngin bilgiləri və gəlişmiş estetik zövqləri ilə gərəksinim yarandıqca yeni sözlər yaradır, ulusa sunurdular. Günümüzdə bu `söz yaratma` yetkisi ancaq belli qurumlara aiddir. Türkiyədə Türk Dil qurumu bəlli aralıqlarla yaradılan yeni sözləri xalqa tanıtmaqdadır. Çox vaxt xalq bu sözləri asanlıqla mənimsəyir, bəzən isə çox yapay (süni), quru, soyuq gördüyü sözlərə qanı qaynamaya, mənimsəməyə bilir. Bunun qarşısını almaq üçün xalqın səsini dinləmək, aydınlara qulaq asmaq gərəklidir. Bunun ən gözəl örnəyi Türkiyədə bilişim alanında görülmüşdür. Prof. Dr. Aydın Köksal son 40 il içində `bilgisayar, bilişim, bilgi işləm` vb. bunun kimi 2500 sözün yaradıcısı olaraq Türk bilişim alanına, gənəl olaraq Türk dilinə böyük qatqılarda bulunmuşdur. Bu örnək yeni sözlər yaradarkən o alana aid uzmanın görüşlərindən, düşüncələrindən, önərilərindən yararlanmanın nə qədər önəmli olduğunu da göstərməkdədir. 15.02.2011

Türkün dili tək sevgili, istəkli dil olmaz,


Türkün dili

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.


Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.


1969 Məhəmməd Hüseyn Şəhriyar

15 Aralık 2009 Salı

Tebriz medreselerinde (okullarında) ana dilde eğitim mücadelesi devam ediyor


Güney Azerbaycanın her şehrinde, gençlerin ana dilde medrese mücadelesi devam edir. Yukarıdaki iki fotografta, gençlerin isteklerini ifade eden sloganlar, okul duvarlarında

6 Aralık 2009 Pazar

Doktor Rza Bərahəni: kimisə Ana dilindən məhrum etmək ən böyük xəyanətdir

Dünya üzrə tanınmış görkəmli Azərbaycanlı alim doktor Rza Bərahəni "Amerikanın səsi"-nə müsahibəsində Ana dilinin əhəmmiyətindən danışıb.
Doktor Bərahəni bildirib ki kimisə öz ana dilindən məhrum etmək onun haqqında edilə biləcək ən böyük xəyanətdir.O sözlərinin dəvamında vurqulayıb ki, mənim əqidəmə görə, İranın bütün bölgələrində ana dilində dərs keçirilməlidir. fars dili isə ikinci dil, rəsmi dil vəya s. Şəklində olmalıdır.
Doktor Rza Bərahəni Təbrizdə təhsil aldığı dönəmdən bir xatirənidə xatırlayıb. O deyib ki müəllim məni cəzalandırmaq üçün duvardakı ana dilində yazılmış qəzeti mənə yalatdırdı. "qəribə şokdur ki insan öz ana dilində məktəbdə oxuya bilməsin". Onun sözlərinə görə bəlkədə məhz bu xatirə onun ana dili üzərində həssas və təsibkeş olduğunun səbəbidir.

3 Ekim 2009 Cumartesi

Güney Azerbaycanda, birinci sinifə gedən yarim milyon türk balası yabancı dildə oxumaq zorunda... .S.Sədrəddin

Bu tədris ilində İran çapında yarım milyon türk balası birinci sinfə getdi. Onların hamısı yad bir dildə - farsca oxumaq zorunda. Milli çoxluğun övladları milli azlığın dilini öyrənmək zorunda. Türkcə bir "əlifba" kitabı bu ölkədə yasaq. Yasaq edən isə islam hakimiyyəti cildindəki panfarsist düşüncə...
30 ildən bəridir fars olmayanların milli haqlarının təmini ilə bağlı Tehran çeşidli vədlər verir. 1979-cu il fevral inqilabının əsas şüarlarından biri də milli-mədəni haqların təmini idi. Bunun nəticəsi kimi ölkə Ana Yasasında dil, milli və iqtisadi bərabərlik kimi maddələr təsbit edilmişdi. Ancaq illər ötsə də, adını "islam hakimiyyəti" qoyan rəhbərlik öz verdiyi qanuna əməl etmir. Bu da bizim zəmanənin bir siyasi təzadı.
Heç uzağa getməyə ehtiyac yox. Cəmi 4-5 ay öncə keçirilən prezident seçkisi zamanı başda hazırkı prezident Mahmud Əhmədinejad olmaqla namizədlər - Mirhüseyn Musəvi və Mehdi Kərrubi də prezident postunu tutacaqları təqdirdə milli-mədəni haqlara təminat vəd edirdi. Neçənci dəfəydi vəd edirdilər. Hətta Əhmədinejad Ana Yasanı pozaraq, yeni fərman vermişdi: "Əyalətlərdəki universitetlərdə yerli dillərdə fakültətiv dərslər keçilsin". M.Musəvi isə Ana Yasanın 15-ci maddəsinin gerçəkləşəcəyinə təminat boyun olmuşdu. Ancaq ötən müddət ərzində müxalifət adlanan siyasi-sosial təbəqənin keçirdiyi çeşidli etiraz aksiyalarında milli-mədəni haqların təmini barədə bir şüar belə səslənmədi. Əhmədinejadın fərmanının "başqatdı" olması isə məzmunundan və qanunu pozmasından bəlli idi.
Beləliklə, sentyabırn 23-də yeni tədris ili başlayanda həm hökumət başçısının, həm də keçmiş namizədlərin milli haqların təmini ilə bağlı verdikləri vədlər heç yada düşmədi.
Güney Azərbaycan türklərinin 6 yaşlı övladları yenə də yabançı bir dili öyrənməyə başladılar.bu tədris ilində İran çapında yarım milyon türk balası birinci sinfə getdi. Onların hamısı yad bir dildə - farsca oxumaq zorunda. Milli çoxluğun övladları milli azlığın dilini öyrənmək zorunda. Türkcə bir "əlifba" kitabı bu ölkədə yasaq. Yasaq edən isə islam hakimiyyəti cildindəki panfarsist düşüncə...
30 ildən bəridir fars olmayanların milli haqlarının təmini ilə bağlı Tehran çeşidli vədlər verir. 1979-cu il fevral inqilabının əsas şüarlarından biri də milli-mədəni haqların təmini idi. Bunun nəticəsi kimi ölkə Ana Yasasında dil, milli və iqtisadi bərabərlik kimi maddələr təsbit edilmişdi. Ancaq illər ötsə də, adını "islam hakimiyyəti" qoyan rəhbərlik öz verdiyi qanuna əməl etmir. Bu da bizim zəmanənin bir siyasi təzadı.
Heç uzağa getməyə ehtiyac yox. Cəmi 4-5 ay öncə keçirilən prezident seçkisi zamanı başda hazırkı prezident Mahmud Əhmədinejad olmaqla namizədlər - Mirhüseyn Musəvi və Mehdi Kərrubi də prezident postunu tutacaqları təqdirdə milli-mədəni haqlara təminat vəd edirdi. Neçənci dəfəydi vəd edirdilər. Hətta Əhmədinejad Ana Yasanı pozaraq, yeni fərman vermişdi: "Əyalətlərdəki universitetlərdə yerli dillərdə fakültətiv dərslər keçilsin". M.Musəvi isə Ana Yasanın 15-ci maddəsinin gerçəkləşəcəyinə təminat boyun olmuşdu. Ancaq ötən müddət ərzində müxalifət adlanan siyasi-sosial təbəqənin keçirdiyi çeşidli etiraz aksiyalarında milli-mədəni haqların təmini barədə bir şüar belə səslənmədi. Əhmədinejadın fərmanının "başqatdı" olması isə məzmunundan və qanunu pozmasından bəlli idi.
Beləliklə, sentyabırn 23-də yeni tədris ili başlayanda həm hökumət başçısının, həm də keçmiş namizədlərin milli haqların təmini ilə bağlı verdikləri vədlər heç yada düşmədi.
Güney Azərbaycan türklərinin 6 yaşlı övladları yenə də yabançı bir dili öyrənməyə başladılar.

18 Eylül 2009 Cuma

"Turk`un Dili, Resmi Olsun!"

Güney Azerbaycan Gençleri, Ana Dilleri için mücadele ediyor
"Turk`un Dili Resmi Olsun!"

17 Eylül 2009 Perşembe

Türk Dilinde Eğitim Yasağı Qaldırılsın




10 Eylül 2009 Perşembe

Güney Azerbaycanda, Ana Diline Sahip Çık


26 Ağustos 2009 Çarşamba

Mənim dilim ölən déyil, başqa dilə çönən deyil

Hilal Kanada
Anadili insanoğlunun varlığı, kimiliyidir. Bu qısa sözün içinde insanın yaşamının bütünlüyü yér alır. Her bir dil anlaşma, bağlaşma(irtibat) aracı olabiler, ancaq anadilinin yérine oturabilmez. Anadili insanın duyqu-düşüncesini, bir anlamda yaşamını, kişiliyini(şexsiyetini) besleyib bellirtmekle oluşma, gelişmesini de saqlar.
Anadili toplumun kültürel deyerlerinin daşıyıcısı olaraq tarixsel belleyini(hafizeseni) yétişdirib, tekniksel, bilimsel, senetsel, geleneksel ilkelere dayalı uyqarlıq(medeniyet) qurma temelini ulus olma süreci ile qoşut(paralél) sürdürer. Dünyada uyqarlıq yaradmış özdili olmayan héç bir ulus tapılmaz. Anadili ulusların, toplumların géçmişinin uyqarlığı, bugününün kültürü, geleceyinin gösterimci(vizyonucu) yoludur.
Uşaq doğuşdan qabaq ana qarnında dil öyrenmeye başlar. Anadil, bilincaltı duyqu, düşünce yolu ile anadan uşağa géçdiyinden en hasad öyrenilen dil sayılır. Dünyaya yéni gelen uşaq ile anadilinden başqa bir dilde onunla danışılsa, bu, uşağın dil öyreniminde, göre bilmeyeceyimiz axsaqlığa yol açar. Olsun, birisi uşaqlıq çağından éşid düzéyde iki-üç dil ile déyeleksiz(lehcesiz) danışsın. Ancaq, araşdırmalara göre her kes, yalnız bir dili daha doğru-düzgün bilib, bu dilde de düşünmeden –dil özlüyünde düşünce dir-, duraqsamadan, yanlış yapmadan yada yanlış yapma duyqusu olmadan danışar. Bu da her kesin öyrendiyi öz andilinidir. Anadil üstdil olaraq düşünce dizgesi(sistemi), başqa diller ise bu dizgeye bağlı olan düzen(nizam) sayılırlar. Andili öyrenimi bilincaltı olduğundan insanın duyqusu ile özdeş(éyni) olub, toplum-ulus düşünüşünü biçimlendirer(formalaşdırar).
Bir sıralarına göre anadili uşağın körpelikden danışdırıldığı, danışmağı öyrendiyi, éğitim(telim) gördüyü dildir. Yalnız, bu sözün ne qeder doğru olub-olmadığı bir sıra olqulardan(faktlardan) asılıdır. Bunların başında toplum ile kültür éle de "ırq" ayrılığı olub-olmamadığı dayanır. Kültür örneyi: Afrıqa ölkelerinde birinci, éğitim dilleri inglis, fransız dili olan bir çox ölke, toplumlar var, ancaq bunların héç birisi ingils yada fransız duyqu-düşüncesi daşımayır. Démek bunlarda oluşan kültür başqa dilin -özlerinin unudduqlar dilin- üzerine qurulub, indi de danışdıqları ingilisce, fransızca özdillerinin çévrisi kimi qullanmaqdadır. Irq örneyi: Déyelim, bir çinli uşağı körpelikden aparıb Afrıqada, Avrupada bir yérli ayilede böyüdürler. Bu uşaq anlayacağı çağdan başqaları ile ferqlendiyini görüb, başqalarının ayrı séçkilikleri, aşağılayıcı davranışları olmasa béle, özünü başqa gördüyünden, iç güveni( nefs étimadı) deyişik kompleksler ile qarışaraq duyqu-düşünceleri olumsuz étkilenib, yérli olmaq, toplumun bir parçası olmaqda sorunlar yaşayaraq ortaq deyerleri başqaları kimi yaşayıb paylaşamaz.
Anadili, bedendeki can kimidir, diridir, yaşayır. Can bedenden çıxandan sonra dinsel inanışa göre ruhu yaşar qalır. Bir toplumun-ulusun dili elinden alınsa o toplum öler, qalan ise géçmişinde qurduğu uyqarlığı -ruhu- olar. Bu da yoxsa, onda yér üzünde héç neyi qalmaz. Sümerleri, Mayaları, Aztekleri uyqarlıq quranlar, yüzlerce batıb aradan géden, adları béle qalmayan toplumları da uyqarlıqları olmayanlar kimi göstermek olar.
Eritmeçilik (asimilasiyon) siyasetine boyun eyen toplumlar, menevi soyqırıma uğrayırlar. Bu, fiziksel soyqırımdan da qatıdır. Fiziksel soyqırımda qulluq yoxdur, menevi soyqırımda insanlar qul olurlar, öz toplumlarına qarşı qullanılırlar. Bélesine onların gücüne güc qataraq öz géçmişlerini de isteyerek unudmaqla bir yolluq tarixden silinib yox olurlar.
Anadili, quşaqların(nesillerin) zéhniyetinden süzülüb geldiyinden ulus olma, ulusal boyutlu düşünce, felsefenin de başlanqıcı sayılar. Dünya görüşünü oluşduran anadilidir, bu üzden de insanların davranışlarını anadillerine bağlasaq héç de yanlış sayılmaz, Xalq arasında "qanındadır yada qanyaddaşındadır" déyimi(istilahi) éle bunu açıqlayır. Türklerin xoşgörülü, arı(saf) olmaları, kin beslememeleri, başqa xalqların da başqa özellik daşımaları bundan ileri gelir. "Menim dilim ölen déyil, başqa dile çönen déyil", sözü Günéy Türkünün duyqularını coşdurub, dirilik remzine çévrilibse, bu onun en modérn biçimde azadlıq isteyini dile getirmekle insan haqlarının, yaşam haqının qorunmasının harayıdır. Anadili savaşdır, barışdır, qazancdir, sévgidir, varoluşudur. Harda yaşadığımızdan asılı olmayaraq bu sévgini UŞAQLARIMIZDAN esirgememeliyik, bu onların doğal haqqıdır.

13 Haziran 2009 Cumartesi

“Yurtsuz ulus olabilir ama dilsiz asla.”

“Yurtsuz ulus olabilir ama dilsiz asla.”
Yalçın Dağyeli

Ulus kavramını oluşturan unsurların başında ulusal dil gelir. Kültürel birikim, gelişme, kurumlaşmalar dilin gelişimine bağlıdır. Ulusal değerler, duygu ve düşünceler dil aracılığıyla kuşaktan kuşağa aktarılarak yaşatılır. Dil uluslaşma sürecinin en başat öğesidir. Ulusal dil, bölgesel ve yöresel ağızların en üst düzeyde sentezlenip kaynaşmasıyla oluşur. Halk dilinin ulusal dile dönüşebilmesi ve gelecek kuşaklara aktarılabilmesi için yazı diline (ve idari dile) dönüşmesi gerekir. Bunun için de eğitim, ana dilde öğretim şarttır. Avrupa’daki aydınlanma ve uluslaşma sürecinin temelinde yatan unsurlardan en önemlisi ulusal dilin oluşturulup yaygınlaştırılmasıdır.
Bu bağlamda İran’a bakarsak, İran anayasasının 15. ve 19. maddesinde yazılı olanların hayata geçirilmediğini, sadece anayasada yazı olarak kaldığını görürüz.

(Madde 15: İran’ın resmi dili ve yazısı, insanlarının ortak dili olan Farsçadır. Resmi dokümanlar, yazışmalar ve kitaplar bu dilde ve yazıda yazılmak zorundadır. Bununla birlikte basında, kitle iletişim araçlarında ve aynı zamanda okullarda o dile ait edebiyat derslerinde Farsçaya ek olarak dini ve etnik dillerin kullanımına izin verilir.

Madde 19: İran’daki bütün insanlar, hangi kökene ve etnik gruba bağlı olurlarsa olsunlar aynı haklara sahiptirler ve renk, ırk, dil ve eğilimleri bir ayrıcalık sağlamaz.)

İran Türkleri , İran nüfusunun yarısını oluşturmalarına rağmen şimdiye kadar gerekli değeri bağlı olduğu ülkesinden görmemişlerdir. Her zaman ülke çıkarlarını gözetmiş, ülkelerine bağlı olmuş, mukaddes savaşta can ve mallanırı feda etmişlerdir. Ancak anayasada yazlı olduğu halde en küçük insani hakkı olan ana dilinde yazıp, okuma hakkından resmi olarak mahrum kalmışlardır.

Hayata geçirilmeyen yasalar ölüdür, yaşatılması için uygulanmaları gerekir. Biz İran Azerbaycan ında yaşayan ve otokton bir halk olan Türkler olarak İran anayasasında yazılı olan anayasal haklarımızın uygulanmasını ve bunun için gerekenlerin acilen hayata geçirilmesini istiyoruz.
Prof. Dr. Bedia Akarsu’nun dediği gibi, “kullandığımız dilimiz kimliğimizdir.”
Kimliğimizi istiyoruz.
Ahmed Sultanlı

22 Fevral 2008 günü, Ana Dili Günü münasebeti ile London'da yapılan aksiya


Güney Azərbayacn istiqlal partiyasinin (GAİP) dəvətile bazar gunu 22 FEVRAL 2008 Londonda ingiltere parlemantin onundə Beynalxalq Ana dili gunu (21 fevral) iran adlanan ulkənin fars rejimin eritmə syasətə və məktəblərde zorla fars dilini oyrənmə gərəkmə siyasətinə qarşi bir mühtəşəm aksiya keçirldi

11 Haziran 2009 Perşembe

Güney Azerbaycanın Marağa şeherinde etiraz aksiyası keçirilib

Soydaşlarımız ana dilində təhsilə icazə verilməsini tələb edib
Güney Azərbaycanın Marağa şəhərində milli kimlik uğrunda dinc mübarizə aparan fəalların aksiyası keçirilib. http://www.blogger.com/ –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, iyunun 9-da küçələrə çıxan fəallar Azərbaycan türkcəsinin rəsmiləşdirilməsini və ana dilində məktəblərin açılmasına icazə verilməsini tələb ediblər.
Aksiyaçılar “Marağa oyaqdır, Türk dilinə dayaqdır!”, “Haray, haray, mən Türkəm!”, “Marağa yatmayıb, Təbrizi atmayıb!”, “Azərbaycan oyaqdır, öz dilinə dayaqdır!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” və “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!” şüarlarını səsləndiriblər. Şəhərin Mosəlla meydanına yaxınlaşan aksiyaçıların təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığı, onlarla aksiyaçının həbs edilərək bilinməz istiqamətə aparıldığı bildirilir.

8 Haziran 2009 Pazartesi

Ana Dilde Medrese

22 May 2006 olaylarını anma nümayişlerinde, Güney Azerbaycan'da iki şiar öne çıktı. Ana Dilde Medrese ve Haray Haray Men Türkem.
Türkiye Türkçesinde, Ana Dilde Eğitim hakkı olarak ifade edilen, kavram, İnsan Hakları Beyannemesinde de yerini bulan en önemli insan haklarından birisidir.
Ne yazık ki, bu gün 30.000.000'dan çok Azerbaycan Türkü, en temel insan haklarından birisi olan, Ana Dilde Eğitim hakkından yoksun yaşamaktadır.
Dünyanın neresinde yaşadığından asılı olmayarak, her Azerbaycan Türkünün, her Türkün, en önemli Milli mücadelelerinden birisi , Güney Azerbaycanda Ana Dilde Eğitim hakkının kazanılması mücadelesi olmalıdır.
21 Mart 2009 tarihinde, İzmir'de düzenlediğimiz Tebriz Gecesine konuk olan, DAK (Dünya Azerbaycanlıları Kongresi) fehri sedri, Prof. Qulam Rza Sebri Tebrizi, yaptığı konuşmada şöyle bir ifade kullandı: "Bir milletin dilini itirmesi, onun torpaqlarını itirmesinden daha böyük faciadi"
Bu cümle o günden beri beynimden çıkmıyor.
22 May hadiselerinin il dönümünde, Güney Azerbaycanda bu fikrin değişik bir şekilde ifadesi olan "Ana Dilde Medrese" şiarıyla ifade edildi.
Bir kaç gündür, bu şiarın arkasında nasıl durabilirim. Güney Azerbaycan Türlerinin Ana Dilde Eğitim hakkı kazanması için, bir Azerbaycan Türkü olarak, İzmir Azerbaycan Kültür Merkezinin başkanı olarak neler yapabilirim diye düşünüyorum.
Düşüncelerim yavaş yavaş somutlaşıyor. Yakın yoldaşlarımla yaptığım görüşmelerle, bu fikirleri bir eylem planı şeklinde ortaya koyacağız. Bu şiar, dünyanın her yerinde Azerbaycan Türklerinin beyinlerde seslenecek, "Ana Dilde Medrese" "Ana Dilde Eğitim Hakkı"
Ne zaman ki, bu şiar gerçek olacak, o güne kadar Dünya Azerbaycanlıları, bu şiarı elden bırakmayacak.
Güney Azerbaycanda Ana Dilde Medrese mücadelesine bu adla bir sayt yaratarak başlıyorum.
Azerbaycan Türklerinin bu alandaki mübarezesini bu sayttan izleyebileceksiniz