Bu tədris ilində İran çapında yarım milyon türk balası birinci sinfə getdi. Onların hamısı yad bir dildə - farsca oxumaq zorunda. Milli çoxluğun övladları milli azlığın dilini öyrənmək zorunda. Türkcə bir "əlifba" kitabı bu ölkədə yasaq. Yasaq edən isə islam hakimiyyəti cildindəki panfarsist düşüncə...
30 ildən bəridir fars olmayanların milli haqlarının təmini ilə bağlı Tehran çeşidli vədlər verir. 1979-cu il fevral inqilabının əsas şüarlarından biri də milli-mədəni haqların təmini idi. Bunun nəticəsi kimi ölkə Ana Yasasında dil, milli və iqtisadi bərabərlik kimi maddələr təsbit edilmişdi. Ancaq illər ötsə də, adını "islam hakimiyyəti" qoyan rəhbərlik öz verdiyi qanuna əməl etmir. Bu da bizim zəmanənin bir siyasi təzadı.
Heç uzağa getməyə ehtiyac yox. Cəmi 4-5 ay öncə keçirilən prezident seçkisi zamanı başda hazırkı prezident Mahmud Əhmədinejad olmaqla namizədlər - Mirhüseyn Musəvi və Mehdi Kərrubi də prezident postunu tutacaqları təqdirdə milli-mədəni haqlara təminat vəd edirdi. Neçənci dəfəydi vəd edirdilər. Hətta Əhmədinejad Ana Yasanı pozaraq, yeni fərman vermişdi: "Əyalətlərdəki universitetlərdə yerli dillərdə fakültətiv dərslər keçilsin". M.Musəvi isə Ana Yasanın 15-ci maddəsinin gerçəkləşəcəyinə təminat boyun olmuşdu. Ancaq ötən müddət ərzində müxalifət adlanan siyasi-sosial təbəqənin keçirdiyi çeşidli etiraz aksiyalarında milli-mədəni haqların təmini barədə bir şüar belə səslənmədi. Əhmədinejadın fərmanının "başqatdı" olması isə məzmunundan və qanunu pozmasından bəlli idi.
Beləliklə, sentyabırn 23-də yeni tədris ili başlayanda həm hökumət başçısının, həm də keçmiş namizədlərin milli haqların təmini ilə bağlı verdikləri vədlər heç yada düşmədi.
Güney Azərbaycan türklərinin 6 yaşlı övladları yenə də yabançı bir dili öyrənməyə başladılar.bu tədris ilində İran çapında yarım milyon türk balası birinci sinfə getdi. Onların hamısı yad bir dildə - farsca oxumaq zorunda. Milli çoxluğun övladları milli azlığın dilini öyrənmək zorunda. Türkcə bir "əlifba" kitabı bu ölkədə yasaq. Yasaq edən isə islam hakimiyyəti cildindəki panfarsist düşüncə...
30 ildən bəridir fars olmayanların milli haqlarının təmini ilə bağlı Tehran çeşidli vədlər verir. 1979-cu il fevral inqilabının əsas şüarlarından biri də milli-mədəni haqların təmini idi. Bunun nəticəsi kimi ölkə Ana Yasasında dil, milli və iqtisadi bərabərlik kimi maddələr təsbit edilmişdi. Ancaq illər ötsə də, adını "islam hakimiyyəti" qoyan rəhbərlik öz verdiyi qanuna əməl etmir. Bu da bizim zəmanənin bir siyasi təzadı.
Heç uzağa getməyə ehtiyac yox. Cəmi 4-5 ay öncə keçirilən prezident seçkisi zamanı başda hazırkı prezident Mahmud Əhmədinejad olmaqla namizədlər - Mirhüseyn Musəvi və Mehdi Kərrubi də prezident postunu tutacaqları təqdirdə milli-mədəni haqlara təminat vəd edirdi. Neçənci dəfəydi vəd edirdilər. Hətta Əhmədinejad Ana Yasanı pozaraq, yeni fərman vermişdi: "Əyalətlərdəki universitetlərdə yerli dillərdə fakültətiv dərslər keçilsin". M.Musəvi isə Ana Yasanın 15-ci maddəsinin gerçəkləşəcəyinə təminat boyun olmuşdu. Ancaq ötən müddət ərzində müxalifət adlanan siyasi-sosial təbəqənin keçirdiyi çeşidli etiraz aksiyalarında milli-mədəni haqların təmini barədə bir şüar belə səslənmədi. Əhmədinejadın fərmanının "başqatdı" olması isə məzmunundan və qanunu pozmasından bəlli idi.
Beləliklə, sentyabırn 23-də yeni tədris ili başlayanda həm hökumət başçısının, həm də keçmiş namizədlərin milli haqların təmini ilə bağlı verdikləri vədlər heç yada düşmədi.
Güney Azərbaycan türklərinin 6 yaşlı övladları yenə də yabançı bir dili öyrənməyə başladılar.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder