Soydaşlarımız ana dilində təhsilə icazə verilməsini tələb edib
Güney Azərbaycanın Marağa şəhərində milli kimlik uğrunda dinc mübarizə aparan fəalların aksiyası keçirilib. http://www.blogger.com/ –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, iyunun 9-da küçələrə çıxan fəallar Azərbaycan türkcəsinin rəsmiləşdirilməsini və ana dilində məktəblərin açılmasına icazə verilməsini tələb ediblər.
Aksiyaçılar “Marağa oyaqdır, Türk dilinə dayaqdır!”, “Haray, haray, mən Türkəm!”, “Marağa yatmayıb, Təbrizi atmayıb!”, “Azərbaycan oyaqdır, öz dilinə dayaqdır!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” və “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!” şüarlarını səsləndiriblər. Şəhərin Mosəlla meydanına yaxınlaşan aksiyaçıların təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığı, onlarla aksiyaçının həbs edilərək bilinməz istiqamətə aparıldığı bildirilir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder